s2

                                                   Xəzər İntellektual Gənclər Klubu    
                                                   Məktəbli liqası 4-cü dövrə 5-ci tur  

1)Versiyalardan birinə görə bu inglis felinin mənalarının yaranmasında biri istənilməyən insanların qovulması və sonra mülklərinin məhv edilməsi durur.
Bu feli tapın.
Cavab:To fire Şərh:Onların mülkləri yandırılırdı. İndi isə işlənilən “to get fired” birləşməsi işdən qovulmaq anlamına gəlir.
2)Qustav Mayrinkin qəhrəmanı bir qız yaxınlaşarkən artan Bunu zəlzələ ilə müqayisə edir. Bunu bir qısa sözlə deyin.
Cavab:Nəbz Şərh:Qəhrəman qızı görəndə həyəcanlanır və onun nəbzi ona zəlzələ kimi gəlir.
3)Hovard Haqqard yazır ki, Filadelfiyada baş alan sarılıq xəstəliyi zamanı qollarında X olan insanlardan yan keçməyə çalışırdılar.X-ı 2 sözlə deyin.
Cavab:Qara sarğı Şərh:Əgər yaxınlarından kimlərsə ölüblər, deməli onlar da potensial xəstəlik daşıyıcılarıdı.
4)Düşünürük ki, bu sual sizə çətin gəlməyəcək.
Çin atalar sözündə deyilir:Müdrik ayı göstərdikdə, axmaq yalnız Bunu görür.Nəyi?
Cavab:Barmağı Şərh:Ümid edirik, bir çox komanda bu suala “barmaq qoydu”
5)Con Lennonun Remember mahnısını “the fifth of November” sözləri və Bunun səsinin sədaları altında bitir. Bunu tapın.
Cavab:Partlayış Şərh:Mahnının motivi Barıt sui-qəsdi adlanan Qay Foksun kral 1-ci Yakova hazırladığı uğursuz parlament binasının partlayışına həsr olunub.      
6)Venesiyada binaların birinin üstündə qızıl qlobusun üstündə balanslaşan X formasında olan Y quraşdılırıb. X və Y-ın eyni hərflə başladığını bilərək hər ikisini deyin.
Cavab:Fortuna,Flüger Şərh:Dəniz ölkəsi küləyin istiqaməti vacib məlumatdır. Çərxi fələk ifadəsi kömək ola bilərdi
7)Bu şəxsin karyera zirvəsi kimi Filadelfiyanın qorunması və Raçraviça döyüşünü misal gətirmək olar.Onun soyadını tapın.
Cavab:Kostyuşko Şərh:Tadeuş Kostyuşko Polşanın, Amerikanın milli qəhrəmanıdır.Amerika azadlıq müharibəsində və Reç Pospolitayanın azadlıq inqilabında iştirak edib. Avstraliyanın ən hündür zirvəsi onun şərəfinə adlandırılıb.
8)İosif Brodskiy yazır ki, bu şəhərdə hər şey iki dəfə çox görünür.Bu şəhəri tapın.
Cavab:Venesiya Şərh:Hər şey suda əks olunduğundan 2qat görünür.
9)Family guy cizgi serialının epizodlarının birində qəhrəman yolunu davam etdirə bilmir,çünki O əlində karandaş yatıb qalıb.Onun peşəsini tapın.
Cavab:Multiplikator Şərh:Multiplikator yatıb qaldığından yolun davamını çəkib qurtarmamışdı.
10)Sevilyalı dovşan cizgi filmində Bags Banni pianinoda ifanı imitasiya edir. Bu zaman onda X əmələ gəlir. X-ı eyni hərflə başlayan 2 sözlə deyin.
Cavab:Beşinci barmaq Şərh:Bu onun ifasını rahatlaşdıracaqdı.
11)Bir vaxtlar Papua-Yeni Qvineya aborigenləri üçün X öz bədənlərində tatu çəkmək üçün kömək olurdu. Özünü yalnız X maraqlandıran mifogiya personajını tapın.
Cavab:Narçiss Şərh:Suda əkslərinə baxan aborigenlərə tatu çəkmək daha asan olurdu.Narçiss(Nərgiz) suda öz əksini görmüşdü və ondan sonra onu başqa heç nə maraqlandırmırdı.
12)Koreyalılar yerli fast-foodu palli-palli adlandırır.Palli-palli sözünü havay dilinə tərcümə edin.
Cavab:Viki-viki Şərh:Fast-foodlar tez-tez adlandırılır. Viki sözü də tez mənasına gəlir və vikipediyanın sayəsində məlumatlara necə sürətlə yiyələnə biləciyinizi vurğulayır.
13)Diqqət sualda əvəzetmə var:
Devid Lodjun qəhrəmanı həyatı cəmi bir kanalı olan televizorla müqayisə edir. Əvvəlki cümlədə əvəz etdiyimiz sözü tapın.
Cavab:Teatr Şərh:Qəhrəman sıxılanda kanalı çevirə bilmədiyi üçün teatrı bəyənmirdi. Şekspirin məşhur ifadəsinə görə həyat bir teatrdır.
14)Reks Stautun İti nizələr adlı detektivində zərbədən sonra borusundan iynə atan qurğu yaradılmışdı. Əsərdə BU baş vermişdi. Bunu 3 sözlə deyin.
Cavab:Qolf meydançasında qətl Şərh:Qurğu qolf  çubuğunun içinə quraşdırılmışdı. Aqata Kristinin məhşur əsəri bu əsərdən 10 il əvvəl yazılıb.
15)Bir sənədli layihəyə görə O vaxtını ancaq saraylarda keçirərdi xalq arasında olan obraz isə yalnız onların arzularını bildirir.Onun kim olduğuun tapın.
Cavab:Harun Əl-Rəşid Şərh:Nağıllarda olan obraza zidd olaraq heç də küçələrə çıxıb adi vətəndaşlarla söbhət eləmirdi və çox vaxt ancaq sarayda olurdu
16)Fantast Ayzek Əzimov insanları kainatın hər tərəfinə səpələnməyə hazır olan  həddən artıq məskunlaşan Günəş sistemini yetişmiş Buna bənzədir.Bunu 1 sözlə deyin.
Cavab:Zəncirotu Şərh:İnsanlar da zəncirotunun toxumları kimi hər yerə səpələnə bilər.Digər məşhur fantas Rey Bredberinin Zəncirotu şərabı əsərini də xatırlaya bilərdiz.
17)Bu haqda suala cavab verən bir təngənəfəs cizgi filmi personajı çətinliklə olsa da bütün x-ləri söyləyə bildi.Bunu tapın.
Cavab:Paltar ölçüsü Şərh:Bu sualda x əvəzetmə deyildi. Qəhrəman artıq çəkidən əziyyət çəkirdi və öz XXXXXL paltarının ölçüsünü çətinliklə deyə bildi.
18)Bir bloqer demişdi ki, əksəriyyətin geyindiyi stildə geyinmək Bundan istifadə etmək kimidir.BU 1932-ci ildə bir qəzetdə keyfiyyətsiz çap etirazlarından sonra köhnəni əvəz etmişdi.Bunu tapın.
Cavab:Times New Roman Şərh: Məşhur şrift çox vaxt elektron yazılarda istifadə olunur.The Times qəzetinin yeni şrifti olaraq yaradılmışdır.
19)Bir meksikan atalar sözünü tamamlayın:Bizi basdırmaq istədilər, amma bilmirdilər ki,biz ...
Cavab:Toxumuq Şərh:Beləliklə basdırmaqla yalnız uduzacaqlar
20) 1654-cü ildə alman fizik Otto fon Qerike Maqdeburq şəhərində bir-birinə keçirilmiş 2 metal yarımkürələrdən havanı sorub çıxartdı. Bu kürələr bir-birinə o qədər bərk yapışdı ki, heç 2 at da onları ayıra bilmədi. Bəs bu məlumatın götürüldüyü məqalədə hansı italyanın adı çəkilir
Cavab:Torriçelli Şərh:Atmosfer təzyiqi kürələri bir-birinə sıxan qüvvə idi. Torriçeli təcrübəsi atmosfer təzyiqinin öyrənilməsi haqda olan ilk təcrübələrdəndi
21) Madagaskar çizgi filmində zebra Marti həyatından bixəbərsizlikdən heyfslənərək deyir, Bax mənim artıq 11 yaşım amma hələ də bilmirəm ki, mən Buraxılmış sözlər. Buraxılmış sözləri bərpa edin
Cavab:Qarayam,ağ zolaqlarım var yoxsa ağam qara zolaqlarım var Şərh:Zebralar haqda bu sual çox insanları çaşdırır
22)Bir saytın məlumatına görə Bunu edən insanlar əsl patriotlardır və aktiv siyasi pozisiyaya malikdirlər. Bunu edən yeganə ABŞ prezidenti Kalvin Kuliç olub. Bunu etməklə əvəz etdiyimiz sözləri tapın.
Cavab:4 iyulda doğulmaq Şərh:4 iyul ABŞ-da müstəqillik günüdür.Tomas Ceferson,Con Adams və Ceyms Monro 4 iyulda vəfat ediblər.
23) Adətən kosmanavtlar üçün SK-1 adlı skafandrlar hazırlanırdı. Bir az fərqli SK-2 skafandrı isə O üçün hazırlanmışdı.Əvvəlki cümlədə 8 hərf buraxılmışdı. Onları bərpa edin.
Cavab:Tereşkva Şərh:Valentina Tereşkova ilk qadın kosmonavt idi.SK-2 skafandrı qadın bədəni üçün nəzərdə tutulub hazırlanmışdı
24)Dünyanın bir çox paytaxtlarında Sloveniyanın və Slovakiyanın səfilliklərinin nümayəndələri hər ay görüşürlər və bir-birlərinə X-ləri verirlər. X-i bir neçə sözlə yazın
Cavab:Səhv ünvana gəlmiş məktublar və digər eyni məntiqli cavablar Şərh: Sloveniyanın və Slovakiyanın adları bir-birinə oxşadıqdan bir çox məktublar səhv göndərilir.


Hiç yorum yok:

Yorum Gönder