
Söz verdiyimiz kimi Faiq Hüseynovla olan müsahibəmizi təqdim edirik.
Faiq Hüseynova da öz təşəkkürümüzü bildiririk.
1. Yeniyetməlik dövrünüz , təhsiliniz barəsində məlumat verə bilərsiz?
+ Mən adi bir məktəbdə oxumuşam.Bakının Yeni əhmədli qəsəbəsində yerləşən 260 saylı orta məktəbin rus bölməsində.Demək olmaz ki, əlaçı idim.Dil fənnləri mənim ən zəif yerim idi.Müəllimlər mənə 4-ü əlaçı olan böyük qardaşlarıma hörmət əlaməti olaraq verirdilər.(gülür).Daha çox isə riyaziyyat , coğrafiya və tarixdən xoşum gəlirdi.Onu da qeyd etmək istəyirəm ki, çox fəal idim.Bütün ictimai tədbirlərdə iştirak etməyə can atırdın.Ümumiyyətlə Sovet dövründə nəyəsə yiyələnmək istəyirdinsə gərək ictimai həyatda fəal olmalı idin.
2.Intellektual aləmə necə gəldiz?
+ Mənim uşaqlığım Sovet dövrünə düşdü və mən də çoxsaylı həmvətənlilərim kimi "Nə?Harada?Nə zaman?" verilişinin fanatı idim.Və verilişlərin birində efirə qısa bir süjet efirə getdi ki, Bakıda "Atəşgah" Bilicilər Klubu yaradılıb.Düzünü desək onları bir ilə yaxın axtardım.Və günlərin birində o süjetin qəhrəmanları ilə tennis kortunda rastlaşdım. 1993-cü ilin may ayında intellektual aləmə qoşuldum.
3.Intellektual aləmdə istədiyin mövqeyə çatmısınızmı?
+ əlbətdəki yox.Mən hələ dünya çempionu olmamışam.
4.Sizcə yarışlarda uğur qazanmağın yolları nədir?
+ əgər söhbət intellektual yarışlardan gedirsə , resept çox sadədir- rəqiblərindən daha çox suala düzgün cavab verməlisən.Ümumiyyətlə yarışlardan söhbət gedirsə , burada onu deyə bilərəm ki, gərək rəqiblərindən daha hazırlıqlı , daha çox məşq edəsən və əsası qalibiyyəti daha çox istəyəsən.Təbii ki, bu sözlər ümumidir və hər uğurlu şəxs öz qalibiyyət formulasını özü tapır.Ancaq , hər bir işin arxasında böyük əmək və istək var!
5. "Xəmsə"ni necə yaratdız?
+"Xəmsə"nin çox maraqlı yaranma tarixi var.2000-ci ildə mən "Atəşgah" bilicilər klubunun prezidenti idim və AR Gənclər və idman nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində bir çox işlər görürdük ki, Azərbaycanda ölümcül vəziyyətdə olan intellektual hərəkatı dirildək.Təbii ki, o vaxtlar hərəkat ancaq , rus dilində fəaliyyət göstərirdi.Lakin , bizim işlərimiz (bütün intellektual oyunlar üzrə Bakı və Azərbaycan çrmpionatları , ilk azərbaycanca turnirlər, NHN üzrə dünya çempionatları) öz bəhrəsini verdi və azərbaycandilli uşaqlar da bizim turnirlərə qoşulmağa başladılar.Sonra 2005-ci ilde Gənclər və Idman Nazirliyi qarşımıza belə bir sual qoydu ki,niyə Azərbaycan regionlarında intellektual hərəkat yoxdur? Bu məsələni qarşıma qoydum və 2006-cı ildin ortalarında nazirliyə ümummilli intellektual oynunun konsepsiyasını təqdim etdim.Ilk vaxtlarda oyunun adının "Möhtəşəm Beşlik" qoymaq istəyirdik lakin, müzakirələrdən sonra "Xəmsə" adı daha çox bəyənildiyinə görə onu seçdik və ən doğrusu da bu idi."Xəmsə" lahiyəsinin unikallığı o idi ki, o zaman görülməyən bir riskə getdik.Lahiyənin bütün yaradıcı heyyəti azərbaycan dilində təhsil alan(məni çıxmaq şərti ilə) (gülür) və çox cavan insanlar idi.Oktay Məhərrəmov , Orxan Cəlilov , Rüfət Abdulla, Mürşüd Ismayılzadə, Fuad Eminov , Rəhim Balakişiyev, Sergey Spevak və s. mən çox ad saya bilərəm.Biz ilk gündən qarşımıza qoyduq ki, bizim hədəf kütləmiz təkcə Bakı gəncləri deyil , həm də regionlarda yaşayan gənclərimizdir.Etiraf etməliyəm ki, əvvəllər bu işə çox bədbin baxırdım lakin, bizim tərsliyimiz və uşaqların həvəsi bu ağır yükü yerdən qaldırmağa kömək etdi.
6.Sizcə "əsl kapitan" necə olmalıdır?
+ Taleh elə gətirdi ki, mən ilk gündən "kapitanlıq yükünü" öz çiyinlərimə götürdüm və 20 il keçməsinə baxmayaraq hələdə bu suala cavab tapa bilməmişəm.Lakin, özümə onu müəyyən etmişəm ki, kapitan komandasını özündən çox istəməli və komanda üzlərinin hər bir probleminə (şəxsi problermi olsa belə) öz priblemi kimi yanaşmalıdır. Əks halda o insan kapitan deyil sadəcə versiya yazan ya da düymə basan komanda üzvüdür.
7. Sizcə böyüklər və yeniyetmələr arasında ən güclülər kimlərdir?
+ Bunu mən yox , Azərbaycan çrmpionatları deyə bilər.Kim udursa deməli o güclüdür.Təbii ki, mübarizənin düzgün , şəffaf və sağlam olduğu yerdə!
8.Həyatda müəyyən bir şüarınız varmı?
+ 1.Taleyə heç vaxt təslim olma!
2.Öyrənmək ayıb deyil , öryənməmək ayıbdır!
3.Çalış yaxşılıq et , pislik etməyə nə var ki...
9. Sizcə özünü inkişaf etdirmənin yolları nədir?
+ Yuxarıdakı şüarlar bu suala cavab verir.
10. Sonda bizim lahiyəyə münasibətinizi bilmək istərdik.
+ Cavanlar tərifindən yaradılan hər bir lahiyəni dəstəkləyirəm.Ona görə ki, bu işlər sizin üçün həyat təcrübəsidir və sizdə fəal vətəndaş mövqeyi yaradır.Deməli lider nəsli yaranır!
Hiç yorum yok:
Yorum Gönder